Bərdədə yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb (FOTO)

Bərdə. Trend:

Bərdədə yol qəzası olub.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə
Hindarx-Borsunlu yolunun rayonun Əmirli kəndi ərazisindən keçən
hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil
qarşıdan gələn “VAZ” 2106 markalı avtomobillə toqquşub. Nəticədə “VAZ” markalı avtomobildə olan 3 nəfər – 70 yaşlı Ələmdar Əkbər
oğlu Qarayev, onun qardaşı 61 yaşlı Rəhbər Əkbər oğlu Qarayev və
onun həyat yoldaşı 58 yaşlı Lətafət Yunis qızı Qarayeva xəsarət
alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: