Müəllimlər uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər – Şöbə müdiri

Ümumtəhsil məktəblərində təhsil proqramı ağır deyil.

Trend-in məlumatına görə, bunu Ümumi və
məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin
müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, bəzi müəllimlər uşaqları həddən artıq ev
tapşırığı ilə yükləyir. Onlar düşünür ki, uşaqların akademik
yüklənməsi, daha yaxşı öyrənməsi üçün bir vasitədir.

“Müəllimlərlə bu sahədə işləməliyik. Çünki 45 dəqiqə şagirdin
öyrənməsi üçün kifayət qədər uyğun müddətdir”, – deyə o əlavə
edib.

Teqlər: