Bakıda keçmiş məhkum taksi sürücüsünü qarət etdi

Bakıda keçmiş məhkum taksi sürücüsünü qarət edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7
radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini
N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan
sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə
müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər
sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək
saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: