Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub (FOTO)

“13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq
İclası”nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup
zabit heyəti Türkiyə Respublikasında səfərdə olub.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik
və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə
Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə
heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb,
onların sosial-məişət şəraiti ilə maraqlanıblar.

Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant
Tural Manıyev “Xocalı soyqırımı” və “Qarabağ zəfəri” mövzusunda
məruzələrlə çıxış ediblər.

Görüşlər zamanı “Azərbaycanın Vətən müharibəsində qazandığı
möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi
qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir” mövzusunda
brifinq təqdim olunub.

Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri
çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.

Teqlər: