Moskva bəyannaməsi Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcək – Zaxarova

Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq Bəyannaməsi
Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığı
gücləndirməyə kömək edəcək.

AzerTimes-ın
məlumatına görə, bunu cümə günü Rusiya Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı
deyib.

“Bizim fikrimizcə, Bakı ilə Bəyannamənin imzalanması Ermənistan,
Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığın, o cümlədən
təhlükəsizlik məsələləri, Cənubi Qafqazda iqtisadi və humanitar
sahədə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”, – o deyib.

Teqlər: