Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan edir

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda bağlaşma əsasında könüllü
olaraq zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri üçün fiziki
cəhətdən sağlam, məhkumluğu olmayan, 35 yaşınadək
ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan
edir.

Qeyd: Vətəndaşlar bazar və bayram günləri
istisna olmaqla saat 09:00-dan 17:00-dək
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə ərizə ilə və ya
Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət edə bilərlər.
Məhkumluğu olan, xəstəliyə və xidməti uyğunsuzluğa görə həqiqi
hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi
xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət
Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan
Ordusunun Təlim və Tədris Mərkəzi)
Telefon: 012-404-12-69
Elektron poçt ünvanı:
[email protected]

Teqlər: