Mövsümi meyvələr niyə bahadır?

Bu il mövsümi meyvə və tərəvəzlərin əvvəlki illərlə müqayisədə
baha olması iqlim şəraiti ilə bağlıdır.

Bunu AzerTimes-a “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və
İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Bəşir Quliyev
bildirib.

Onun sözlərinə görə, may ayında havaların soyuq, yağıntılı
keçməsi məhsuldarlığa ciddi təsir edir:

“Bu da mövsümi meyvə və tərəvəzlərin bahalaşmasına səbəb olur”,
– deyə assosiasiya sədri bildirib.

Qeyd edək ki, Bakıda “8-ci km” bazarında apardığımız
müşahidələrə əsasən çiyələk 3-5 manat, alça 2-10 manat, gilas bəzi
yerlərdə 8 manata satılır. Hətta bazarda bəzi satıcılar gilası 20
manata da təklif edir. Ağ və qara tutun arasında qiymət fərqi
yoxdur – hər ikisi 4 – 8 manata satılır. Şaftalı 4-7 manat arası,
ərik 5 manata, yemiş və qarpızın isə kilosu 2 manat aralığında
dəyişir.

Teqlər: