Moskvada hava limanlarında 30-dan çox reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskvada hökm sürən kəskin hava şəraiti ilə
əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb.

Trend-in
məlumatına görə, Vnukovo hava limanında 7 reys ləngiyir, 3 reys isə
təxirə salınıb.

Eyni zamanda Domodedovo hava limanında 4 reys ləngiyib, 6-ı
təxirə salınıb, Şeremetyevoda isə 5 reys ləngiyib, 7 reys isə
təxirə salınıb.

Qeyd edək ki, yerli hidrometeorologiya xidməti paytaxt
ərazisində gün ərzində güclü külək, qar və buzlanmanın olacağını
bildirib.