Bakıda 3 ədəd qumbara aşkarlandı (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonu ərazisində partlayış təhlükəli əşyaların
aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, məlumatla əlaqədar
hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
(XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki
insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin
əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun
mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş
sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və
UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən
edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər: