Mobil tətbiq üçün Web Coder-ə müraciət edin!

İnsanların əksəriyyəti rəqəmsal mediadan istər masaüstü, istərsə
də mobil telefonlarda istifadə edir. Hər iki platformanın çox sayda
istifadəçisi var. Mobil və onunla əlaqəli texnologiyalar dünya
miqyasında populyarlıq qazandıqca insanların heç bir maneə olmadan
daha rahatlıqla texnologiyalardan yararlanma gözləntiləri
gündən-günə yüksəlir. Bu baxımdan mobil tətbiqiniz
üçün UI/UX dizaynının rolu danılmazdır.

Mobil proqramın UI/UX dizaynı istifadəçi təcrübəsini artırır və
buna görə də mobil tətbiqinizin uğurunda əsas rol oynayır. UI/UX
dizaynının rolunu anlamaq üçün əvvəlcə hər iki terminin izahını
bilmək gərəklidir.

“UI” abbreviaturası ingilis dilində “User Interface” olub
istifadəçi interfeysi deməkdir. Bu dizayn, istifadəçilərin mobil
proqramla qarşılıqlı əlaqəsidir. İstifadəçi interfeysinə tətbiqin
bütün idarəetmələri, düymələri, blokları və elementləri
daxildir.

İstifadəçi interfeysinin məqsədi istifadəçi ilə proqram arasında
səmərəli və effektiv qarşılıqlı əlaqəni yaratmaqdır. UI-nin
yaradılması dedikdə rəng və ən son dizayn prinsiplərinin seçilməsi
nəzərdə tutulur.

“UX” abbreviaturası isə ingilis dilində “User Experience” olub,
istifadəçi təcrübəsi deməkdir. UX-ın başlıca məqsədi isə istifadə
rahatlığı və istifadəçinin sayta daxil olarkən saytda asan şəkildə
axtarış etməkdir. Daha dəqiq desək, mobil tətbiqin işləmə üsulunu
müəyyənləşdirməyi və istifadəçilərin tələblərinə cavab verməyi
əhatə edir. UX aydın, rahat və istifadəçi dostu olmalıdır.

Proqramçı üçün mobil proqramda UI/UX-in rolunu bilmək vacibdir.
Siz əla funksionallığı olan bir mobil tətbiq yarada bilərsiniz,
lakin dizayn hissəsinə diqqət yetirilməzsə, bu, tətbiqi yararsız
edəcək. Tətbiqin uğurlu olması üçün onun funksionallığı və UI/UX
arasında düzgün balansın olması vacibdir.

Ümumiyyətlə, mobil proqramların işlənib hazırlanmasının biznes
üçün əhəmiyyəti bu gün göz qabağındadır, çünki getdikcə daha çox
istifadəçi işlərini virtual şəkildə yerinə yetirmək istəyir.

Digər tərəfdən, müəssisələr də fəaliyyət tərzini dəyişir və bu da
bazarda rəqabəti gücləndirir. Rəqabət üstünlüyü təkcə başqalarında
olmayan bir mobil proqrama sahib olmaq deyil. Bu, həm də
müştərilərin ehtiyaclarını ödəməkdən ibarətdir: tətbiqlər şirkət və
müştəri arasında güclü əlaqə yaradır. Funksional və istifadəsi asan
bir tətbiq birbaşa uğur deməkdir.
Bu uğuru əldə etmək yolunda Web Coder komandası sizə kömək olmağa
daim hazırdır!

MOBİL TƏTBİQlərin hazırlanması üzrə Web Coder şirkətinin
xidmətlərinə daxildir:
✔️Xüsusi iOS, Android, Windows proqramlarının yaradılması
✔️Native və müxtəlif platforma həlləri
✔️UI/UX dizaynı
✔️Konsaltinq və prototipləşdirmə
✔️Avtomatlaşdırılmış sınaq
✔️Texniki dəstək