Mixayloviç Rəhimovu təbrik etdi

Mixayloviç Rəhimovu təbrik etdi

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Mixayloviç Sergeyev Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovu Rusiya Elmlər Akademiyasının akademiki seçilməsi münasibəti ilə təbrik edib.

AzerTimes təbrikin mətnini təqdim edir:

“Hörmətli İlham Məmmədhəsən oğlu!

Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, siz Rusiya Elmlər Akademiyasının 2 iyun 2022-ci il tarixli Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilmisiniz.

Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Rusiya Elmlər Akademiyasının adından sizə yaradıcılıq nailiyyətləri arzulayıram.

Əminəm ki, birgə fəaliyyətimiz ölkələrimiz arasında gələcək səmərəli əməkdaşlığa töhfə verəcək”.

Teqlər: