ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq

ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq

İstənilən nüvə sınağı BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması deməkdir. Bu sınağa tez və çox sərt cavab veriləcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Vendi Şerman Cənubi Koreyanın paytaxtı Seulda həmkarı Ço Hyun-donqla görüşdən sonra bölgədə artan gərginliklə bağlı açıqlamasında deyib.

Şerman Şimali Koreyanı sabitliyi pozmağa və təxribatçı hərəkətlərinə son qoymağa və diplomatiya yolunu seçməyə çağırıb.

Teqlər: