Misirdə dolu yaşayış evlərini dağıdıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Misirin cənubundakı Asuan şəhərində leysanla yanaşı dolu düşməsi nəticəsində 5 yaşayış evi dağılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd olunur ki, dolu yağışı 20 dəqiqə ərzində davam edib. Nil çayı ilə daşımalar dayandırılıb. Vətəndaşlara evdə qalmaq tövsiyə olunub.