Bakıda yerüstü piyada keçidinin pəncərə və dayaqları oğurlanıb

Xəbər - Samir Əli – Trend:

Bakıda yerüstü piyada keçidi sökülüb oğurlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Məmmədov saxlanılıb.


Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Teqlər: