Minik avtomobilində çayda təhlükəli vəziyyətdə qalan şəxs xilas edilib (FOTO)

Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən
hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik
avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, dərhal əraziyə
Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb
olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu,
Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin
sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il
təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı
minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat
vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.

Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə
vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas
ediblər.

Teqlər: