Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Mingəçevir. Trend:

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər
Əliyev prospektində qeydə alınıb.

Belə ki, Yaşar Əsgər oğlu Mehdiyev yolu keçərkən 90 XD 885
Dövlət qeydiyyat nişanlı “Mercedes” avtomobili piyadanı vurub.
Nəticədə ağır xəsarətlər alan Y.Mehdiyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: