AFFA-da icraçı vitse-prezident vəzifəsinə yeni təyinat olmayacaq

AFFA-da icraçı vitse-prezident vəzifəsinə yeni təyinat
olmayacaq.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

“AFFA-da dörd vitse-prezident vəzifəsi nəzərdə tutulub, onlar da
var. Əlavə icraçı vitse-prezident olmayacaq” – F.Abdulla qeyd
edib.

Xatırladaq ki, ötən gün AFFA-nın icraçı vitse-prezidenti Elxan
Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru
vəzifəsinə təyinat alıb. E.Məmmədov bundan sonra milli
assosiasiyadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai
əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Teqlər: