Mingəçevirdə koronavirus xəstəsi küçədə aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin
rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı ev
şəraitində müalicəyə cəlb olunan şəhər sakini Ceyhun Baloğlanovun
yaşayış yerini tərk edərək digər şəxslərin sağlamlığı üçün real
təhlükə yaratdığı məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə,həmin şəxs küçədə hərəkətdə olarkən polislər
tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə
yaşadığı ünvana geri qaytarılıb.

Ceyhun Baloğlanov barəsində araşdırma aparılır.

Teqlər: