Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır

Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula
fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb.

“Biz Aİ hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan
və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar
Aİ ərazisinə enə, qalxa və ya uça bilməyəcəklər”, – məlumatda
bildirilir.

Qadağanın şəxsi təyyarələrə də şamil edildiyi vurğulanır.

Teqlər: