Ukrayna Rusiya ilə danışıqları Belarusun Qomel vilayətində aparmağa razılıq verib

Ukrayna Rusiya Federasiyasının nümayəndə heyəti ilə danışıqların
Belarusun Qomel vilayətində aparılmasına razılıq verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi,
nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

“Danışıqların aparılmasına dair razılıq aldıq, təklif etdiyimiz
kimi danışıqlar Qomel vilayətində aparılacaq”, – V.Medinski
bildirib.

Onun sözlərinə görə, RF nümayəndə heyəti Minsk şəhərindən Qomel
vilayətinə yola düşür.

Teqlər: