Mingəçevirdə kafedə yanğın olub

Mingəçevir şəhərində kafe kimi fəaliyyət göstərən tikilidə
yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,
Mingəçevir şəhərində ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət
göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m²
sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner
yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: