Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlama saatı açıqlanıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 12-də
saat 15:00-da başlayacaq.

Trend-in
məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının
(FIA) yayımladığı yarış proqramında bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 10-12-də
keçiriləcək.

İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi
baş tutacaq.

Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş,
18:00-da təsnifat mərhələsi olacaq.

Xatırladaq ki, Formula 1-in builki mövsümü rekorda sayda, 23
mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq,
noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: