Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var (FOTO/VİDEO)

Mingəçevir. Trend:

Mingəçevir şəhərində yol qəzası olub, xəsarət alanlar var.

AzerTimes-ın yerli bürosunun
məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində baş
verib.

İlkin məlumata görə, M.Maqomayev prospekti ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə VAZ markalı minik
avtomobili toqquşub. Hər iki avtomobilin sürücüləri Qoşqar
Bahadurbəyli və Anar Quliyev başlarından xəsarət alıblar, onlara
təcili yardım briqadasının əməkdaşları tərəfindən ambulator tibbi
yardım göstərilib. Avtomobillərə də ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: