Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevir. Trend:

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından
zəhərlənib.

AzerTimes-ın
məlumatına görə, hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş
verib. AzerTimes-ın yerli bürosunun xəbərinə görə, 45 yaşlı Qədirova
Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin
oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm
qazından boğulub.

Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə
götürülüblər.

Faktla bağlı araşdırma başladılıb.

Teqlər: