Mingəçevir-Yevlax yolunda zəncirvari qəza: xəsarət alan var (FOTO)

Mingəçevir. Trend:

Mingəçevir-Yevlax yolunun Salahlı kəndindən keçən hissəsində
zəncirvari yol qəzası baş verib.

AzerTimes-ın yerli
bürosu xəbər verir ki, BMW markalı minik avtomobili VAZ-2107 və
VAZ-2114 marqkalı minik maşınları ilə toqquşub.

Qəzaya səbəb olan BMW-nin xanım sürücüsü hadisə yerindən qaçıb.
Onun yanında olan daha bir xanım sərnişin isə müxtəlif dərəcəli
xəsarətlər alıb və Mingəçevir Şəhər Xəstəxanasına
yerləşdirilib.

Teqlər: