17 ölkədən 20 tələbə işğaldan azad olunan Ağdam rayonunda olub (FOTO)

Ağdam. Trend:

XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində 17
ölkədən 20 tələbə bu gün işğaldan azad olunan Ağdam rayonunda
olub.

AzerTimes-ın yerli
bürosu xəbər verir ki, tələbələr Şahbulaq qalası, İmarət saray
kompleksi, Ağdam Cümə məscidi və Qiyaslı kənd məscidinə baş
çəkiblər.

Xarici tələbələrin Ağdamdan sonra Şuşaya gedəcəkləri
gözlənilir.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
təşkilatçılığı ilə Azərbaycanda XI Beynəlxalq Multikulturalizm Qış
Məktəbi çərçivəsində 17 – 24 fevral 2022-ci il tarixlərində “Mədəni
irsə qarşı müharibə cinayətləri: Qarabağ münaqişəsi nümunəsində”
mövzusunda tədbirlər keçirilir.

Teqlər: