Mingəçevir Dövlət Universitetinin voleybol komandası şəhər turnirinin qalibi olub

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universiteti
(MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümünə həsr edilmiş voleybol üzrə təhsil müəssisələri
arasında şəhər turniri keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində təşkil olunan
turnirdə MDU, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb
Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat
Məktəbi şagirdlərindən ibarət komandalar mübarizə aparıblar.

Yarışda MDU-nu təmsil edən iki voleybol komandası şəhər
turnirini qalibiyyətlə başa vuraraq müvafiq olaraq birinci və
üçüncü yerləri bölüşdürüblər. Qalib komandaların üzvləri kubok və
diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Ümummilli Liderə həsr olunan voleybol turniri
şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, tələbələrin asudə
vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin
edilməsi işinə töhfə məqsədilə keçirilib.

Teqlər: