Tramp məhkəməyə hörmətsizliyə görə 110 min dollar cərimələnib

Nyu York ştatı məhkəməsi ABŞ-ın eks-prezidenti Donald Trampı 110
min dollar məbləğində cərimələyib.

Trend xəbər verir ki,
bu barədə “CNN” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, daha əvvəl D.Tramp məhkəməyə hörmətsizliyə görə
hər gün 10 min dollar məbləğində cərimə ödəməli idi. Lakin məhəkəmə
bu qətnaməni ləğv edərək, eks-prezidenti 110 min dollar birdəfəlik
cərimələyib. Bu məbləğ aprelin sonundan yığılmış ödəmələrin
cəmidir.

Bundan əlavə, D. Tramp mayın 20-dək qətnamənin tələblərinə tam
əməl etməsə, o zaman hörmətsizlik barədə qəbul olunan qərar yenidən
qüvvəyə minəcək və bununla da əlavə cərimələr tətbiq olunacaq.

Aprelin əvvəlində Nyu-Yorkun baş prokuroru Letisia Ceyms Trampın
sahibi olduğu “Trump Organization”da maliyyə fırıldaqçılığı iddiası
ilə onu mühakimə etmək niyyətində olduğunu açıqlamışdır.