Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başa çatıb (FOTO)

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf
Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kiber təhlükəsizlik
günləri” çərçivəsində təlimlər başa çatıb.

2022-ci ilin 8, 15 və 24 aprel tarixlərində MDU-nun bir qrup
akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının
iştirakı ilə baş tutan təlimlərdə universitetin qonaq professoru
Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik”, İnformasiya
texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova “Sosial
şəbəkələrin təhlükəsizliyi” və Mingəçevir Tekstil MMC-nin
İnformasiya texnologiyaları şöbəsinin müdiri Yasin Quliyev
“İnternet, mobil təhlükəsizlik” mövzularında təqdimatlarla çıxış
ediblər.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
təhsilalanların və təhsilverənlərin informasiya texnologiyaları
sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq
təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da
Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb
edir.

Teqlər: