Mingəçevir Dövlət Universitetində Gənc Avropa Səfirləri tərəfindən infosessiya keçirilib (FOTO)

2022-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət
Universitetində Gənc Avropa Səfirləri şəbəkəsinin (YEAN – Young
European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının
gənclər üçün təklif etdiyi təqaüdlü imkanlarla bağlı infosessiya
keçirilib. Universitetin əsas tədris binasının akt zalında təşkil
olunan infosessiyada MDU-nun tələbə və magistrantları iştirak
ediblər.

MDU-dan AzerTimes-a
verilən məlumata görə, İnfosessiyada Gənc Avropa Səfirlərindən
Kamilə Süleymanlı “Xarici ali təhsil müəssisələrinə müraciət”,
Aytac Möhsümzadə “Vişegrad təqaüd proqramı”, Rəhim Abbasov
“Erasmus+ ilə qısa və uzunmüddətli mübadilə, ESC proqramları”,
Sadiq Hacılı “DAAD təqaüd proqramı”, Əli Məmmədov “Erasmus Mundus
proqramı”, Rauf Məmmədyarov “Avropa Birliyində təcrübə imkanları”
və Cavid Rəhimli “Gənc Avropa Səfirləri” mövzularında təqdimatlarla
çıxış ediblər.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da milli
və beynəlxalq ali təhsil məkanında mövcud imkanlardan maksimum və
səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş
verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və
müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və
maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət
yetirilir.

Teqlər: