Minatəmizləmədə insanın bir günə gördüyü işi dronlar 90 dəqiqəyə edir – Şirkət nümayəndəsi

Tərtər. Trend:

ANAMA-nın sifarişi ilə işğaldan azad olunmuş ərazilərdə dronlar
vasitəsi ilə qeyri-texniki tədqiqat həyata keçiririk.

Bunu Trend-ə açıqlamasında Böyük Britaniyanın RPS
Energy Ltd. şirkətinin nümayəndəsi Dave Houghton deyib.

O qeyd edib ki, tədqiqat zamanı dronlar ilə toplanılan
məlumatlar süni intellekt vasitəsi ilə emal olunur.

“Süni intellekt məlumatları emal edərkən 1 saniyə ərzində 1kv
metr ərazini təhlil edir. Bu işin həyata keçirilməsi üçün bir
insana 1 gün, süni intellektə isə cəmi 90 dəqiqə kifayət edir”, –
deyə o əlavə edib

Teqlər: