Milli Məclisin sədri Özbəkistanda rəsmi səfərdədir

Martın 31-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı
ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd
şəhərinə rəsmi səfərə gəlib.

Milli Məclisdən AzerTimes-a bildirilib ki, nümayəndə heyətinə
Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev,
Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər
daxildirlər.

Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında
nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci
müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn
Quliyev və digər rəsmi şəxslər qaşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan
Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki
palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.

Teqlər: