Ceyhan neft terminalından yola salınan tankerlərin sayı 5 minə çatıb

Türkiyənin Ceyhan neft terminalından Bakı-Tbilisi-Ceyhan (BTC)
neft kəməri ilə nəql olunan neftlə yüklənmiş 5 mininci tanker yola
salınıb.

Trend-in “Anadolu” agentliyinə istinadən məlumatına görə, bunu “BOTAŞ
International Limited” (BIL) şirkətinin baş direktoru Nadim Ekiz
deyib.

Qeyd edək ki, BTC ilə Ceyhan terminalına nəql olunan Azərbaycan
nefti oradan tankerlərlə dünya bazarlarına yola salınır.

“BOTAŞ International Limited” (BIL) şirkətinin məlumatına
əsasən, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınandan bu günədək
tankerlər dünya bazarına 3,813 milyard barel xam neft nəql
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: