31 mart 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP)
Xəzər rayon təşkilatının qərargahında Xəzər rayonunun ağsaqqalları
ilə görüş keçirilib. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov, YAP Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin
üzvləri Tahir Rzayev, Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli
Məclisin üzvü Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı
Elşən Salahov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən
Salahov və Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və Etiqad
Nemətov iştirak edib.
Tədbiri Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov açaraq, Yeni Azərbaycan Partiyasının sədri,
dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli
islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət
nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün
dünyada qazandığı uğurlardan danışıb. Namiq Əhmədov bildirdi ki, 44
günlük müharibə ilə Azərbaycan dövləti tarixi ədalətsizliyə son
qoyaraq ərazi bütövlüyün bərpa etdi. Qarabağda sürətli quruculuq
bərpa işləri aparılır, yol və digər zəruri infrastrukturun bərpası
istiqamətində işlər görülür. Sözsüz ki, bu dövrdə Azərbaycan
dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara
yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan
Qarabağın dirçəlişi üçün addımlar atmaq missiyası dayanıb. İşğaldan
azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat,
beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin
səfərlərinin təşkili ilə beynəlxalq platformada həqiqətlərin
obyektiv işıqlandırılması və Ermənistan dövlətinin terrorçu
mahiyyətinin üzə çıxarılması üçün şərait yaradılıb. Məhz Azərbaycan
Prezidentinin qətiyyətli addımları və ortaya qoyduğu siyasi səriştə
bu gün Rusiya, həm də Avropa İttifaqına üzv dövlətlərin Cənubi
Qafqazda regionun taleyi ilə bağlı danışıqların gündəliyini
Azərbaycanın müəyyən etdiyinin bir daha əyani şahidinə
çevrildi.
YAP Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə
Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Prezident İlham
Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişaf etdiyini
vurğulayaraq, dövlət başçısı tərəfindən qəbul olunmuş ölkənin
sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının
əhəmiyyətindən söhbət açmışdır. Əhliman Əmiraslanov bildirdi ki,
sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə
regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə
çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin
müzakirə olunduğu beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi
edir. Bütün bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü
siyasətinin nəticəsidir. Bu gün Azərbaycana gələn hər bir xarici
vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və
qiymətləndirir.
Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Tahir Rzayev, Soltan
Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü, Rauf Əliyev
ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər və əldə olunan uğurları qeyd edərək,
bildirmişlər ki, Azərbaycanın bugünkü reallıqları ölkənin, sözün
əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini
tuta bilməsindən xəbər verir.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış
edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və
zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız
üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi
təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla,
fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir
daha sonsuz minnətdarlığımızı bildirik.
Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov qonaqları
salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində
əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Rövşən Salahov şanlı tarix
yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin
misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın
mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq
birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi
bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və
zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz
iftixar hissi doğurduğunu qeyd edib.
Daha sonra Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və
Etiqad Nemətov çıxış edərək, onlara göstərilən diqqət və qayğıya
görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman
Əmiraslanov, Milli Məclisin üzvləri Tahir Rzayev və Soltan
Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev,
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayon
Ağsaqqallar Şurasının sədri Rövşən Salahov şəhid atalarının
qayğıları və problemləri ilə maraqlanıblar.
Tədbirin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz
işini başa vurdu.