Milli Məclis “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini I oxunuşda qəbul edib

Xəbər - Trend.

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya
fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda
müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, layihə barədə parlamentin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili
məlumat verib.

O bildirib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin
“İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların
hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında”
Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici
investisiyanın qorunması haqqında” qanunların əsasında yeni
“İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması
barədə göstərişinə uyğun hazırlanıb.

İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə
sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi
Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı
göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan
iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni
çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib.
Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini
vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi
iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi,
investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru
atılmış mühüm bir addım kimi xarakterizə edib.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci
oxunuşda qəbul olunub.

Teqlər: