Azərbaycanda psixotrop maddələr hazırlayanların cəzası ağırlaşdırılır

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə gücləndirilməsi və daha ağır cəzaların tətbiq edilməsi
təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün
keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət
Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən
biri kimi təklif edilir.

Cinayət Qanununda satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə
külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı
nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və
xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır
sanksiya nəzərdə tutulur.

Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik
vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını
əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci,
237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə
külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı
nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.

Teqlər: