Millət vəkili MM-də şəhid anaları ilə görüşdü

Millət vəkili MM-də şəhid anaları ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə növbəti vətəndaş qəbulu günü Vətən Müharibəsinin şəhid əsgərləri –“Vətənə xidmətə görə” ordeni və bir neçə medalla təltif olunmuş Rəşad Şiriyevin anası Səadət Şiriyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Əkbər Hüseynovun anası Tahirə Hüseynova ilə görüşüb.

AzerTimes xəbər verir ki, şəhid əsgərlərin anaları ilə ətraflı söhbət edən Q.Paşayeva onların ürək sözlərini dinləyib, igid əsgərlərimizin həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün unudulmaz görüş olduğunu bildirib, şəhid əsgərlərimizin əziz ruhuna dərin ehtiramını yetirib.

Teqlər: