Səudiyyədə milli bayram elan edildi

Səudiyyədə milli bayram elan edildi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

AzerTimes xəbər verir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

Teqlər: