Meymunçiçəyi Finlandiyada da aşkar olundu

Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Helsinki universitet xəstəxanasının
açıqlamasında deyilir.

Qeyd olunur ki, yoluxma bir nəfərdə aşkar edilib. Bununla bağlı
ətraflı məlumat verilməyib.

Xatırladaq ki, ÜST-nin hesabatına əsasən, meymunçiçəyi
infeksiyası bu günədək 20-dən çox ölkədə qeydə alınıb. Yoluxanların
ümumi sayının 140 nəfərə yaxın olduğu deyilir.