Azərbaycanda ÜDM proqnozdan çox artıb – Nazir

Son iki il çətin olub. Pandemiya səbəbindən 2020-ci ildə bir çox
proqnozlarımızı dəyişməli olduq.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi
zamanı deyib.

Nazir bildirib ki, 2021-ci ildə postpandemiya dövrü böyük
qeyri-müəyyənlik doğururdu.

“Tələblə təklif arasında natamamlıq baş verdi və sonradan indi
ərzaq böhranı kimi adlandırılan problemin ilk əlamətləri
formalaşmağa başladı. Proqnozlaşdırılan risk faktorlarının
əksəriyyəti 2021-ci ildə baş verdi”.

Nazir bildirib ki, Azərbaycanda 2021-ci ildə nominal ifadədə
ümumidaxili məhsul artıb. Onun sözlərinə görə, 2021-ci ildə ÜDM-nin
real artımı 3,4 faiz proqnozlaşdırılırdı, ancaq 5.6 faiz oldu.

Teqlər: