Meymunçiçəyi daha bir ölkədə qeydə alındı

Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir
nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə institutun açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından
qayıtmış şəxs yoluxub.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi
infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını,
daha 106 yoluxma şübhəsinin araşdırıldığını bildirib.