Metronun qarşısında piyadanı vuran avtobus marşruta aid deyil – BNA

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyi metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında avtobusun piyadanı vurması ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentliyin Mətbuat katibi Mais Ağayev AzerTimes-a açıqlamasında bildirib ki, məsələ dərhal araşdırılıb:


“Məlumat üçün bildirmək istərdim ki, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib. Yəni ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyada vurulması halı olmayıb”.

Teqlər: