“Cənub Qaz Dəhlizi” Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsidir – Yankauskas

Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sıx əməkdaşlığın gözəl nümunəsidir.

AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Azərbaycan və Aİ ölkənin müstəqilliyindən etibarən tərəfdaşlıq edir:

“Biz prioritetləri, layihələri birgə müzakirə edir və razılaşdırırıq, onların reallaşdırılması üzrə birgə işləyirik”.

K.Yankauskas əlavə edib ki, hazırda Aİ bu əməkdaşlığın gələcək inkişafı üçün yollar axtarır.

Teqlər: