Metroda qatar dayandırıldı, sərnişinlər boşaldıldı

Bakı metrosunda “Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət
edən qatardan sərnişinər təxliyə edilib.

Bu barədə AzerTimes-a “Bakı Metropoliteni” QSC-nin mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb qatarın sonuncu vaqonunda
metropolitenə xas qoxunun yaranması olub.

“Qatara baxış keçirilib. Hər hansısa texniki problemin olmadığı
müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin
natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb.
Qoxu aradan qalxdıqdan sonra həmin qatar xətdə işini davam
etdirəcək”, – deyə o bildirib.

Teqlər: