Metroda elektron cihaz tüstüləndi

Metroda elektron cihaz tüstüləndi

“İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib. Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər.

Bu barədə AzerTimes-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verib.

“Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub”.

Mətbuat xidməti həmçinin vətəndaşlara metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməmələri və metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davranmalarını tövsiyə edib.

Teqlər: