Bakıda baltalı adama sensasion dəstəyin səbəbi

Bakıda baltalı adama sensasion dəstəyin səbəbi

Sosial şəbəkələrdə “Baltalı adamın” videosu yayılıb: adam metroda balta ilə gəzdiyini, “özünü kişi kimi aparmayan”ları (LGBT-çiləri nəzərdə tutur) baltalayacağını bildirir, hədələyir.

DİN artıq açıqlama yayıb, araşdırmaya başlayıb, yəqin ki, qısa müddətdə “Baltalı adamı”n üzr videosu paylaşılacaq – ya da psixi xəstə olduğu, yaxud tiktokladığı, zarafatlaşdığı üzə çıxacaq.

Məsələ bu deyil; məsələ bu paylaşıma gələn şərhlərdir.

Saysız-hesabsız şərhlər gəlir, hər kəs “Baltalı adam”ın bu addımına haqq qazandırır, ona dəstək verir: “halal olsun”, “kişi admasan”ın biri bir qəpikdən şərh bölümünə tökülür.

Ona dəstək verənlər qanamı susayıb, qətl-edamdan həzzmi alırlar?

Qətiyyən: “Baltalı adam”a dəstək – aksiyadır, etiraz formasıdır, LGBT-yə nifrətin alt-şüurdan gələn diktəsidir.

Niyə LGBT adı ilə ümumiləşdirdiyimiz bu xəstə azlığa bu qədər nifrət olmalıdır?

Bax, sorun budur, məsələnin məğzi burdadır. Çünki illərdir LGBT gizli bir əllə dəstəklənir, qorunur, təbliğ edilir: bu azlığa xaricdən “nətəhərsə” qrantlar axır; bu azlıq “nə təhərsə” Qərbin Azərbaycana təzyiq alətinə çevrilib; bu azlıq efirlərə yol açır – ən qalmaqallı şouların içindən bunlar çıxır, bunlar “əxlaq dərsi” keçir və əxlaqsızlıq yayır…

Efirlərə yağış kimi yağır bayramnurlular, onlara “krallar kimi” həyat qurulur, onların bu “parlaq həyatı” gənclər arasında təbliğ edilir və hələ xarakteri daşlaşmamış, hələ kişiləşməmiş, keçid dövründə olan yeniyetmələr sanki qəsdən bu uçuruma yuvarladılır…

Yeniyetmələrin əxlaqı aşındırılır, cəmiyyətin işğalı gedir və tam əmin ola bilərsiniz ki, bunun 2020-ci il savaşından sonra bu cür pöhrələnməsinin səbəblərindən biri də erməni mərkəzlərinin ideoloji hücumu gücləndirməsinin nəticəsidir.

Cəmiyyəti aşağılamaq, alçaltmaq, düşüncəsini küçə-ara-bazar söhbətləri səviyyəsinə salmaq yolunda kanalların apardığı təbliğat dayanmır. TV – çağırılmayan qonaqdır, evlərimizə soxulub – bunun yutubu, tiktoku, çeşidli şəbəkələri də var axı; hər yerdən LGBT-lərin və ya efirdə qıza (“qız” haaa) xüsusi vurğu və işarə ilə banan yedizdirən şəxsin əxlaqsız hücumu qarşısında qalanlar nə etməlidir?

Bir söz bilirlər: xalq bunu istəyir, xalq buna baxır, reytinq üçün kanallar buna məcburdur!

Yalandır, böhtandır, xalqı şərləməkdir, iftiradır: savadsız, istedadsız, qabiliyyətsiz kanal rəhbərlərinin utanmazlığıdır. Siz nə zaman səviyyəli verilişləri tamaşaçıya təqdim etdiniz ki, tamaşaçı da baxmadı!

Dərhal şablon, bəytərifi üzərində qurulan, yalançı “siyasi debat” görüntüsü yaradan, enerjidən, hissdən, emosiyadan kənar, trafaret üzərində cansız “azteve”çiliyi misal gətirməyin! Əlbəttə o verilişlərə baxılmayacaq; əlbəttə o məzmunsuz və ruhsuz, hər sözü ilə “təbliğat aparırıq” çağıran proqram mövqe qazanmayacaq…

Baxın Solovyova, Kisilyova, Duqinə… Türkiyə kanallarında efirə çıxan, küçədə belə təbliğat aparan enerjili, ruhlu, ağıllı insanların sosial şəbəkələrdə tiraj qıran videolarını izləyin! Görün “dərin dövlət”lərin dərin başları nələr edir, siz nə edirsiniz!

Kamalsız Zaurun tənqid videolarını izləyin – görün nə qədər insan dəstək verdi, nələr dedi. Bəs, deyirdiniz auditoriyası var? Bəs deyirdiniz, bu insanlar sevilir?

Onlara nifrətin miqyası yoxdur – yəni başa düşmürsünüz?

Bütün bunlardan sonra nəticə çıxardıqmı?

Bir böyük dalğa var, bu dalğadan yapışıb möhtəşəm layihələr etmək olardı!

Əvəzində kanallar ictimai rəyə tüpürərək susdu, Audiovizual Şuranın cavabı isə rəsmən bu verilişləri kimlərin müdafiə etdiyini önə çıxardı.

Mehriban xanım Əliyeva qısa müddətdə niyə bu qədər sevildi? Niyə hər zaman diqqət mərkəzindədir?

Geyimi ilə nümunə yaratdı, ocaqlarımıza, pirlərimizə, inanc yerlərimizə sevgisi ilə könülləri fəth etdi. Harda bir əxlaqdankənar veriliş bağlandısa, “Mehriban xanım etdi” dedilər.

Mehriban xanım ictimai yerdə əxlaqsız söz işlədənin aqibətinin necə ola biləcəyini bu cəmiyyətə, ictimaiyyətə göstərdi və xalq da ürəyinin başına qoydu bu xanımı!

Nə zaman dəyərlərimizi qoruyana qarşı çıxdı bu xalq? Nə zaman ləyaqətin, tərbiyənin, əxlaqın hamisini başının tacı etmədi? Nə zaman bayramnurlular deyə ümumiləşdirdiyimiz zümrəyə yox deyənin cəddinə min rəhmət oxumadı?

Bundan niyə dərs çıxarmayıb, bu xalqın milli müqavimətini qıracaq layihələrdə yer alırsınız.

“Baltalı adam”lara “kişi adam” dedirməmək üçün kamalsızları, nursuzları efirdən yığın, bu xalqa onun layiq olduğunu verin!

Teqlər: