Metro stansiyasının yaxınlığındakı yanğın söndürülüb – FHN (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyi Bakıda “Ulduz” metrostansiyasının
yaxınlığındakı yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, bu gün saat
13:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Ulduz
metrostansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat
daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış
üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
edilib ki, ümumi sahəsi 800 kv.m olan beton konstruksiyadan ibarət
talvarın altında yerləşən yüngül metalların presləmə sexində
tullantılar və bitum qalıqları yanır.


Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz
tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı
alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumilikdə 50
kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb. Yanğından
sex və dəzgahlar mühafizə olunub.

Teqlər: