Aprelin 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə
Azərbaycanın milli rəqəmsal media təhlili platformasının –
“Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən
islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə
reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının
əhəmiyyətini vurğulayıb. Bildirib ki, milli sayğac vasitəsilə
veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları
üçün etibarlı data baza formalaşdıracaq.
Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal
marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması –
“Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli
informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən
çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik
məlumatları özündə ehtiva edir.
Tədbir panel müzakirələrlə davam edib.