Dünya Konqresində Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edilib (FOTO)

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya
Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES tərəfindən keçirilən
Dünya Konqresində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri
təqdim edilib.

Konqresdə ölkəmizi təmsil edən Dövlət Məşğulluq Agentliyinin
nümayəndə heyəti tədbirdə təqdimatla çıxış edib.

“Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni
intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi”
mövzusu üzrə edilən təqdimatda Agentlik tərəfindən rəqəmsal
məşğulluğa keçid istiqamətdə icra olunan layihələr barədə ətraflı
məlumat verilib.

“Əmək münasibətləri və məşğulluq altsistemi”, “Məşğul şəxslərin
reyestri”, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron
informasiya ehtiyatı və digər sistemlərin əhəmiyyətindən
danışılıb.

Ümumilikdə 65 ölkədən nümayəndənin iştirak etdiyi tədbirdə
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa
Abbasbəyli Rumıniya, Litva və müxtəlif ölkələrin məşğulluq
xidmətlərinin rəhbərləri ilə görüşüb və qarşılıqlı əməkdaşlıq
perspektivləri müzakirə edilib.

Dünya Konqresi bu gün başa çatıb.

Teqlər: