
İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə 21 aylıq şərti həbs cəzasını qüvvədə saxlayıb.
Ali Məhkəmənin bu gün keçirilən iclasında argentinalı futbolçunun 2007-09-cu illərdə vergidən yayındığı elan edilib. Ümumilikdə, “Barselona”lı futbolçunun 4.1 milyon avronu vergidən gizlətdiyi bildirilib.
Qeyd edək ki, əvvəlcə Messiyə 3 il cəza istənilib. Lakin onun barəsində 21 aylıq qərər verilib.
İspaniya qanunlarına görə, iqtisadi cinayətdə ittiham olunan barəsində 2 illik həbs qərarı verilərsə, bu halda cəza şərti həbslə əvəzlənə bilər.